ONN İnformasiya Agentliyi

Bu ərazidə iri qaz yatağı aşkarlandı

Bu ərazidə iri qaz yatağı aşkarlandı
05 Fevral 2018 - 13:38

İtaliyanın “Eni” enerji şirkəti və Fransanın “Total” şirkətinin balansında olan “Kalipso” konsorsiumu Kiprin müstəsna iqtisadi sularında yerləşən altıncı blokun ərazisində iri qaz yatağının aşkarlandığını elan edib.

ONN media xəbər verir ki, bu barədə Newsru.co.il saytında məlumat yayılıb.

Qaz yatağı adanın cənub sahillərindən 75 kilometr aralıda yerləşir. Yataqda olan qaz ehtiyatlarının 170-230 milyard kubmetr (İsrailin “Tamar” yatağından 30 % az) təşkil etdiyi ehtimal edilir.

Bu, 2010-cu ildə İsrailin “Leviatan” yatağından 30 km aralıda yerləşən “Afrodita” yatağının aşkarlanmasından sonra Kipr sularında kəşf olunan sayca ikinci iri qaz yatağıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png