ONN İnformasiya Agentliyi

Bu hadisə Türkiyə üçün qürur mənbəyidir- Ərdoğan

Bu hadisə Türkiyə üçün qürur mənbəyidir- Ərdoğan
21 Fevral 2024 - 19:16

Yerli beşinci nəsil “Kaan” təyyarəsinin ilk uçuşu uğurlu oldu. Bu hadisə Türkiyənin müdafiə sənayesi üçün qürur mənbəyidir.

ONN media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afyonqarahisar əyalətində hakim Ədalət və İnkişaf Partiyasının mitinqində bildirib.

Onun sözlərinə görə, Türkiyə müdafiə sənayesi gücünü artırmaqda davam edir və yeni nailiyyətlər hələ irəlidədir.

“Bu gün beşinci nəsil “Kaan” təyyarəsinin hazırlanmasında növbəti mühüm mərhələni geridə qoyduq. Digər hərbi təyinatlı yeniliklərin yaradılmasını davam etdiririk”, – deyən Ərdoğan arsenalına artıq F-16 təyyarələri üçün döyüş sursatının daxil edildiyi pilotsuz “Qızılalma” döyüş təyyarəsinin layihəsini təqdim edib.

Qeyd edək ki, bu gün Türkiyənin milli döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu həyata keçirib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png