ONN İnformasiya Agentliyi

Bu kəndə köçənlərə 70 min dollar veriləcək

Bu kəndə köçənlərə 70 min dollar veriləcək
22 Noyabr 2017 - 18:26

İsveçrədə əhalisi azalan Albinen kəndinə köçən ailələrə 70 min dollar veriləcək.

ONN media Türkiyə mediasına istinadən xəbər verir ki, ailələr bu pulu ala bilmələri üçün 3 şərti qəbul etməlidirlər. Onlar bu kənddən ev almalı, burada10 il yaşamağı qəbul etməli və ailə üzvlərinin sayı 4 nəfər olmalıdır.

Kənd sakinləri kənardan gələnlərə 70 min dollar verilməsi təklifini qanuniləşdirmək üçün noyabrın 30-da referendum keçirəcəklər.

240 ev olan kəndin əhalisi sürətlə azalır. Kənddəki bəzi məktəblər şagird sayı az olduğundan bağlanıb. Kəndin gələcəyini düşünən bələdiyyə referendum keçirməyə qərar verib. Bu kənddə yaşamağa qərar verən ailənin başçısının yaşı 45-dən aşağı olmalı və burada dəyəri 200 min dollara yaxın ev almalıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png