ONN İnformasiya Agentliyi

Bu kanalın işçilərinin qovulmasına BAŞLANILDI

Bu kanalın  işçilərinin qovulmasına BAŞLANILDI
20 Avqust 2019 - 20:01

Rustavi-2 televiziyasından işçilərin qovulmasına start verilib.

ONN media xəbər verir ki, televiziyanın yeni direktoru Paata Saliya informasiya xidmətinin rəhbəri Nodar Meladzeni vəzifəsindən uzaqlaşdırıb.

Meladze ilə bərabər bir müddət əvvəl Niko Qvaramiya ilə yeni televiziya yaratmış Eka Kvesitadze, Nanuka Jorjoliani və Putinə söyüşləriylə məşhurlaşan Georgi Qabuniyanın da kanaldan qovulacağı açıqlanıb.

Saliya bildirib ki, adıçəkilən jurnalistləri Rustavi-2 yox, televiziyanı Mixail Saakaşvilinin idarəetməsi maraqlandırır.

Qeyd edək ki, bundan öncə televiziyanın yeni sahibi Kibar Xalvaşi Rustavi-2-ni satmaqdan imtina etdiyini açıqlamışdı.(Axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png