Bu ölkə Fransa üçün hava məkanını bağladı

Nigerdə hakimiyyəti ələ keçirən üsyançılar Fransa təyyarələrinin ölkənin hava məkanından istifadəsinə qadağa qoyub.

Bu barədə Afrika və Madaqaskar Hava Naviqasiyasının Təhlükəsizliyi Agentliyinin (ASECNA) açıqlamasında bildirilib.

“Nigerin hava məkanı Fransa təyyarələri və ya Fransa tərəfindən icarəyə götürülmüş, o cümlədən Fransa Hava Yollarına məxsus təyyarələr istisna olmaqla, bütün daxili və beynəlxalq kommersiya uçuşları üçün açıqdır”, – ASECNA-nın bəyanatında deyilir.