Bu ölkə Rusiya ilə sərhədi bağladı

Çin Rusiya ilə sərhədi bağlayıb.

ONN media xəbər verir ki, buna səbəb Rusiyadan gələn 59 nəfərdə koronavirusun aşkarlanmasıdır. Məlumata görə, Pekin adminstrasiyası sadəcə xüsusi icazə əsasında sərhəddən keçməyə icazə verəcək.

Bundan əlavə, Çinə qayıdan vətəndaşların 14 gün karantində qalması tələb olunub.