ONN İnformasiya Agentliyi

Bu ölkə səfərbərlikdən qaçan rusları qəbul etməyəcək

Bu ölkə səfərbərlikdən qaçan rusları qəbul etməyəcək
22 Sentyabr 2022 - 8:39

Rusiya prezidenti Vladimir Putinin elan etdiyi qismən səfərbərlikdən yayınan ölkə vətəndaşları Estoniyaya sığınacaq üçün müraciət edə bilməyəcəklər.

ONN media xəbər verir ki, bu barədə çərşənbə günü Baltik Respublikasının baş naziri Kaya Kallas CNN-ə bildirib.

“Bütün vətəndaşlar öz dövlətlərinin hərəkətlərinə görə məsuliyyət daşıyırlar, bu, Rusiya vətəndaşlarına da aiddir”, – deyə o, bildirib.

Baş nazir belə şəxsləri “müharibəyə qarşı olduqlarını bəyan etməyə” çağırıb.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs isə bildirib ki, Riqa milli təhlükəsizlik səbəbindən səfərbərlikdən yayınan Rusiya vətəndaşlarına humanitar və ya digər növ viza verməyəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png