ONN İnformasiya Agentliyi

Bu ölkədə təyyarə qəzası olub- ÖLƏNLƏR VAR

Bu ölkədə təyyarə qəzası olub- ÖLƏNLƏR VAR
28 Yanvar 2024 - 20:18

Belçikanın Spa şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

ONN media xəbər verir ki, bu barədə AFP agentliyi polisə istinadən məlumat yayıb.

“Təyyarədə iki nəfərin həlak olmasına təəssüflənirik. Çox güman ki, eniş düzgün olmayıb”, – polis bildirib.

Qeyd olunub ki, güclü külək səbəbindən pilot təhlükəsiz yerə enə bilməyib.

Təyyarə enərkən uçuş-enmə zolağının yanındakı avtomobilə çırpılıb və partlayıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png