Bu ölkələrdə əhalinin sayı kəskin azalacaq

2050-ci ilədək dünyanın on ölkəsində əhalinin sayı kəskin azalacaq.

ONN media xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial İşlər Departamentinin məlumatına görə, önümüzdəki onilliklərdə Bolqarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Ukrayna və Rusiya kimi ölkələrin əhalisinin kəskin şəkildə azalması gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin də Rusiyanın doğuş sayının aşağı düşməsi problemini qaldırmışdı.