Bu ölkəyə səfər edənlərə CİDDİ XƏBƏRDARLIQ

İraqa qanunsuz şəkildə səfər edən İran vətəndaşları 3 il həbs olunacaq.

ONN media xəbər verir ki, bunu İranın ədliyyə nazirinin müavini Mahmud Abbasi deyib.

Nazir müavinin sözlərinə görə, İran vətəndaşları İraq qanunlarına hörmətlə yanaşmalı və qanunsuz şəkildə İraqa səfər etməməlidirlər. İranlılar viza almadan İraqa səfər edə bilərlər. Yalnız onların pasportlarına giriş möhürü vurulmalıdır.