ONN İnformasiya Agentliyi

Bu ölkə Türkiyəyə zəlzələdən sonra yardım təklif etdi

Bu ölkə Türkiyəyə zəlzələdən sonra yardım təklif etdi
25 Yanvar 2020 - 19:07

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif 20-dən çox insanın ölümünə səbəb olan güclü zəlzələdən sonra Türkiyəyə yardım təklif edib.

ONN media bildirir ki, bu barədə İran XİN-dən bildiriblər.

Bildirilib ki, Türkiyədəki zəlzələdən sonra İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəli həmkarı ilə telefon danışığı zamanı İranda xəsarət alanlara lazım olan köməyi göndərməyə hazır olduğunu açıqladı.

M.C. Zərif baş verən hadisə ilə əlaqədar başsağlığı verib.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ raronunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.

Təbii fəlakət nəticəsində 20-dən çox insan həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.

Ölənlər arasında azərbaycanlı yoxdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png