ONN İnformasiya Agentliyi

Bu ölkədə qadınları qorxuya salan qanun dəyişikliyi olub

Bu ölkədə qadınları qorxuya salan qanun dəyişikliyi olub
18 Yanvar 2023 - 8:40

Avstraliyanın Kvinslend ştatında yeniyetmələr ata-ananın icazəsi olmadan 16 yaşından etibarən cinsiyyətlərini dəyişə biləcəklər. Valideynlər etiraz edərsə, onlara məhkəməyə vermək təklif olunur.

Müvafiq qanun yerli hakimiyyət orqanları tərəfindən qəbul ediləcək.

Hazırda ştatda insanlar doğum şəhadətnamələrində cinsiyyətini dəyişmək istəsələr, müvafiq əməliyyatdan keçməlidirlər. Ancaq yeni layihəyə əsasən əməliyyat tələbi aradan qaldırılır. Artıq sənədlərdə cinsiyyətini dəyişmək üçün heç bir arayış təqdim etmək lazım olmayacaq. Sadəcə yeniyetməni ən azı bir il tanıyan bir yetkinin şahidliyi lazımdır.

Çoxları qanunu tənqid edib. Belə hesab olunur ki, bu yolla qadınlar artıq özlərini təhlükəsizdə hiss edə bilməyəcəklər. Axı xəstəxanalarda, paltardəyişmə otaqlarında və s., yalnız formal olaraq cinsiyyətini dəyişənlər onların yanında qala biləcəklər.

Vəkillər də bunun əleyhinədirlər. Qanunun dövlət strukturları və idarələri üçün problemlər yaradacağı bildirilir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png