Bu ölkələrin vətəndaşları artıq ABŞ-A GEDƏ BİLMƏYƏCƏK

ABŞ Ali Məhkəməsi prezident Donald Trampın miqrasiya barədə fərmanının qüvvəyə minməsi barədə qərar çıxarıb.

ONN media xəbər verir ki, qərar fərmana qarşı qaldırılan iddialara baxılanadək müvəqqəti olaraq qüvvədə qalacaq.

D.Trampın fərmanı İran, Liviya, Somali, Suriya, Çad və Yəmən vətəndaşlarının ABŞ-a gəlişinə qadağanı nəzərdə tutur. Digər fərmanla D.Tramp Şimali Koreya vətəndaşları və Venesuela məmurlarının ABŞ-a girişinə qadağa qoyub.

Beləliklə, Ali Məhkəmə yekun qərar verənə qədər D. Trampın fərmanı icra olunacaq.

Qeyd edək ki, oktyabrın 17-də ABŞ-ın Havay ştatında federal hakim D.Trampın immiqrasiya rejiminin sərtləşdirilməsinə yönəlmiş fərmanının icrasına qadağa qoyub.