ONN İnformasiya Agentliyi

Bu ölkəyə giriş məhdudlaşdırılır

Bu ölkəyə giriş məhdudlaşdırılır
28 Dekabr 2020 - 10:21

Yaponiya hökuməti bu gündən ölkəyə giriş qadağasını tətbiq edir və bütün dünya ölkələrinin vətəndaşlarına vizaların verilməsini dayandırır.

ONN media  xəbər verir ki, qadağa ən az gələn ilin yanvar ayının sonunadək qüvvədə olacaq.

Beləliklə, ölkəyə yalnız burada daimi yaşayan və uzunmüddətli vizaları olan vətəndaş və əcnəbilər daxil ola biləcəklər. Britaniya ştammının aşkar edildiyi ölkələrdən qayıdanlar sərhəddən keçərkən gəlişindən əvvəl 72 saat ərzində əldə olunan koronavirus testinin mənfi cavabını təqdim etməli, hava limanında isə daha bir testdən keçməli olacaqlar.

Hökumətlərarası müqavilələrə uyğun olaraq Çin, Cənubi Koreya, Tailand, Vyetnam, Sinqapur, Malayziya və s. daxil olmaqla Asiyanın 11 ölkəsindən və bölgələrindən iş adamları və işgüzar heyətlər Yaponiyaya girə biləcəklər.

Eyni zamanda, miqrasiya nəzarəti xidməti 28 dekabrdan əvvəl verilmiş vizaların etibarlığını ləğv etməyib. İstisna İngiltərədə və Cənubi Afrikada əldə edilən sənədlərə və Yaponiyaya gəldikdən əvvəl 14 gün ərzində bu iki ölkəyə səyahət etmiş insanlara aiddir. Bu kateqoriyalar üçün ölkəyə giriş bağlıdır.

Qeyd edək ki, Yaponiya 2 gün öncə dekabrın 28-dən yanvarın 31-dək xaricdən ölkə ərazisinə girişi dayandırmaq barədə qərar çıxarıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png