ONN İnformasiya Agentliyi

Buna görə Almaniyaya müharibə elan etməliyik – Türkiyə

Buna görə Almaniyaya müharibə elan etməliyik – Türkiyə
11 Yanvar 2018 - 19:59

Almaniya hökuməti Türkiyədə həbsdə olan bir-iki nəfər üçün qiyamət qoparır.

ONN media Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Türkiyədən Almaniyaya gedib orada həbs edilən, məhkəməsi davam etdirilən 2 mindən çox vətəndaşımız var. Almaniya Türkiyədə həbsdə olan bir neçə nəfər üçün qiyamət qoparır. O zaman 2 min nəfər üçün mən nə etməliyəm? Bunun qarşılığı müharibə elan etməkdir. Belə bir şey olarmı?” – nazir bildirib.

Çavuşoğlu qeyd edib ki, bununla bağlı prosedurları tənzimləyən ikitərəfli razılaşmalar mövcuddur.

Qeyd edək ki, Türkiyədə 15 iyul qiyamı ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində 10-na yaxın Almaniya vətəndaşı həbs edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png