ONN İnformasiya Agentliyi

Burak və Fahriyenin oğluna ELƏ BİR TƏKLİF GƏLDİ Kİ…

Burak və Fahriyenin oğluna ELƏ BİR TƏKLİF GƏLDİ Kİ…
19 Dekabr 2019 - 21:28

Türkiyənin məşhur cütlüyü Burak Özçivit və Fahriye Evcenin oğlu Karana sərvət dəyərində reklam təklif edilib.

ONN media xəbər verir ki, aktrisa oğlunun şəklini ilk dəfə sosial şəbəkədə paylaşdıqdan sonra xarici oyuncaq firmasından Karanın reklamda çəkilməsi üçün bir milyon lirə (təxminən 287 min manat) təklifi gəlib. Amma cütlük təklifdən imtina edib.

Eyni zamanda, şirkət Karanın “İnstagram” hesabında paylaşılacaq hər fotoya görə 50 min lirə (14 min manat), hekayə bölməsində yerləşdiriləcək fotoya görə isə 15 min lirə (dörd min manat) verə biləcəklərini açıqlayıb. Burak və Fahriye bir yaşı olmayan oğulları üçün gələn bu təklifi də qəbul etməyib.

Fahriyenin Karan ilə paylaşdığı foto 2,9 milyon insan tərəfindən bəyənilib.

Qeyd edək ki, Fahriye Evcen 2017-ci ildə aktyor Burak Özçivitlə evlənib. Bu ilin aprel ayında isə oğulları Karan dünyaya gəlib.(Oxu.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png