ONN İnformasiya Agentliyi

Çanaqqala boğazı yenidən bağlandı

Çanaqqala boğazı yenidən bağlandı
03 Yanvar 2023 - 11:39

Türkiyədə müşahidə olunan güclü duman səbəbindən çanaqqala boğazından hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.

ONN media xəbər verir ki, bu barədə Çanaqqala Boğazı Gəmi Nəqliyyatı Xidmətləri İdarəsi məlumat yayıb.

Bildirilib ki, şimal və cənubdan daxil olan gəmilərin kapitanlarına radio vasitəsilə xəbərdarlıq edilib və görmə məhdudiyyəti səbəbindən boğaz iki istiqamətdə tranzit gəmilərin hərəkətinə bağlanıb.

Qeyd olunub ki, dumanın təsiri azaldıqdan sonra gəmilərin hərəkəti normal qaydasına düşəcək.

Güclü dumanın yanvarın 6-na kimi davam edəcəyi bildirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png