ONN İnformasiya Agentliyi

Cavad Zərif generalın ailəsindən üzr istədi

Cavad Zərif generalın ailəsindən üzr istədi
02 May 2021 - 21:56

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds Xüsusi Qüvvələrinin qətlə yetirilmiş rəhbəri general Qasım Süleymaninin ailəsi qarşısında geniş rezonans doğurmuş gizli müsahibəsində söylədiyi sözlərə görə üzr istəyib.

ONN media  xəbər verir ki, Zərifin sözlərinə görə, İranda siyasi dairələrdə rezonans doğuran ifadələr bəzi qüvvələr tərəfindən siyasi alət kimi istifadə olunur.

“Məni günahlandıran, mənə böhtan atanların hamısını bağışlayıram. Ümidvaram ki, böyük İran xalqı, generalın bütün pərəstişkarları və xüsusilə böyük Süleymanilər ailəsi məni bağışlayacaqlar”, – XİN başçısı instaqram səhifəsində yazıb.

Xatırladaq ki, Zərif general Süleymaninin Moskva ilə iş birliyinə girərək Qərb ölkələri ilə razılaşdırılmış nüvə proqramını sabotaj etdiyini deyib.(teleqraf.com)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png