ONN İnformasiya Agentliyi

Çavuşoğlu İrana səfər edəcək

Çavuşoğlu İrana səfər edəcək
08 Mart 2023 - 14:47

Yaxın vaxtlarda İrana gedəcəyəm.

ONN media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada iranlı həmkarı Hüseyn Əmir Abdullahianla keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bugünkü görüşdə ikitərəfli əlaqələr müzakirə olunub:

“Enerji və iqtisadiyyat sahəsində əməkdaşlıq, həmçinin terrorla mübarizədə birgə fəaliyyət barədə də fikir mübadiləsi apardıq”.

Çavuşoğlu bildirib ki, iranlı həmkarı ilə Ukraynadakı vəziyyəti də müzakirə edib:

“Həmkarıma “Taxıl sazişi”ndəki son durum barədə məlumat verdim. Müharibənin başa çatması üçün hansı səyləri ortaya qoya biləcəyimizi müzakirə etdik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png