ONN İnformasiya Agentliyi

“Çavuşoğlu”dan Ermənistan açıqlaması

“Çavuşoğlu”dan Ermənistan açıqlaması
11 Avqust 2022 - 21:13

Ermənistanla normallaşma prosesi davam edir, bəzi addımlar atılıb.

ONN media xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bu, Azərbaycanla koordinasiya şəklində davam edir, Ermənistanda bundan bir az narahat olurlar, amma biz şəffaf ölkəyik. Hər nə qədər normallaşma prosesi ikitərəfli olsa da, bütün Cənubi Qafqazın sabitliyi üçün hər birimizin addım atması lazımdır”, – deyə o bildirib.

Çavuşoğlu Ermənistanı bu məsələdə yayınmamağa, səmimi olmağa çağırıb:

“Biz səmimiyik, Azərbaycanın da səmimi olduğunu görürük”.

Qeyd edək ki, Türkiyə mediası tərəflərin sentyabrda Qarsda bir araya gələcəklərini iddia edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png