Çavuşoğludan İsveçlə bağlı daha bir açıqlama

İsveç NATO üzvü olub-olmaması ilə bağlı qərar verməlidir. Təxribatların məqsədi İsveçin NATO-ya üzvlüyünün qarşısını almaqdır. PKK ilə əməkdaşlıq edib, üzvlük prosesinə “minalar basdırırlar”. Bu minaları İsveç təmizləməlidir.

ONN media xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Hazırki vəziyyətdə üçtərəfli toplantının mənası yoxdur. Toplantı mövcud vəziyyətin ona kölgə salacağı, xələl gətirəcəyi səbəbindən təxirə salındı. Həmçinin İsveçin də bəyanatın tətbiqi ilə bağlı ciddi addım atmadığını görürük”, – deyə XİN rəhbəri bildirib.