Cem Yılmaz: “Ər-arvad bir uşağa baxa bilmədik”

Türkiyəli aktyor Cem Yılmaz həmkarı Ahu Yağtudan boşanmasından danışıb.

ONN media xəbər verir ki, sənətçi boşanmasının ona uğursuzluq gətirdiyini deyib:

“Evliliyimi davam etdirə bilmədim. Eks-arvadımla bu barədə danışdıq. Özü də bəlkə də belə hiss edir. Boşanmaq məndə uğursuzluq hisslərini oyandırdı. Mən nələr etdim, amma ər-arvad bir uşağa baxa bilmədik”.