Çexiyada prezident seçkilərinin ikinci turu

Yanvarın 27-si, axşam saatlarında Çexiyada prezident seçkilərinin nəticələri açıqlanacaq.

ONN media xəbər verir ki, səsvermə yerli vaxtla saat 08:00-dən 14:00-dək davam edəcək.

Səsvermənin ikinci turunda prezident postu uğrunda hazırkı prezident Miloş Zeman və Çexiya Milli Akademiyasının sabiq rəhbəri, professor İrji Draqoş mübarizə aparacaq.

Yanvarın 12-13-də keçirilmiş birinci turda M.Zeman 38,56%, İ.Draqoş isə 26,6% səs toplayıb.

Qeyd edək ki, Çexiyada prezident 5 il müddətinə seçilir.