ONN İnformasiya Agentliyi

Ceyms Bond silsiləsindən yeni filmin adı bəlli oldu

Ceyms Bond silsiləsindən yeni filmin adı bəlli oldu
20 Avqust 2019 - 23:03

Ceyms Bond silsiləsindən çəkilən növbəti  filmin adı bəlli oldu. Ekran əsəri “Ölməyə vaxt yoxdur” adlanacaq.

ONN media xəbər verir ki, bu barədə məlumat film müəlliflərinin rəsmi səhifəsində əksini tapıb. Məlumatda deyilir: “Deniel Kreyq “Ölməyə vaxt yoxdur” filmində Agent 007 – Ceyms Bond roluna qayıdır”.

Ekran əsərinin dünya premyerası gələn ilə – aprelin 2-nə təyin olunub.

Filmin rejissoru “Əsl xəfiyyə” serialı ilə məşhurlaşan Keri Fukunaqadır. Kreyqdən başqa filmdə Kristof Valts, Rami Malek, Lea Seydu, Ana de Armas və Reyf Fayns da rol alıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png