ONN İnformasiya Agentliyi

Çin ABŞ rəsmilərini “qara siyahı”ya saldı

Çin ABŞ rəsmilərini “qara siyahı”ya saldı
10 Avqust 2020 - 15:17

Çin ABŞ-a qarşı yeni sanksiyalar tətbiq edir.

ONN media  xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeni məhdudiyyətlərin hədəfində bir sıra ABŞ siyasətçiləri dayanır.

Siyahıya respublikaçı senatorlar Ted Kruz və Marko Rubio da əlavə olunub.

Bu sanksiyalar ABŞ-ın bənzər davranışına cavab reaksiyası daşıyır. Belə ki, 7 avqustda ABŞ-ın Honkonq hadisələri ilə əlaqədar 11 nəfəri sanksiya siyahısına saldığı məlum olub. Çin də bu addıma qarşılıq olaraq ABŞ rəsmilərini sanksiyalara məruz qoyacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png