Çində elektrik dirəyi aşıb – 4 ölü

Çinin cənub-qərbindəki Malipo bölgəsində yüksək gərginlikli elektrik xəttinin tikintisi zamanı dirəyin aşması nəticəsində 4 işçi həlak olub.

ONN media-nın Trend-ə istinadən məlumatına görə, hadisə yerində qəzanın fəsadlarının aradan qaldırılması ilə bağlı işlər gedir.

Hazırda polis hadisənin baş vermə səbəblərini araşdırır.