Çində intensiv yağan qar can aldı

ONN media xarici mediaya istinadən xəbər verir ki,  Çinin şərqində yerləşən Anhoy əyalətinə son günlər yağan güclü qar 13 nəfərin həyatına son qoyub. 

Yanvarın 3-dən bu əyalətə yağmağa başlayan qar son 10 ilin ən güclü yağıntısı hesab olunur. Təbiət hadisəsindən artıq yüz milyondan çox insan zərər çəkib. Dəyən birbaşa iqtisadi ziyan 190 milyon dollardır.