Çində son vəziyyət necədir?

Çində koronavirusdan ölənlərin sayı artıb.

Bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat verir.

Bildirilir ki, koronavirusdan ölənlərin sayı 2 345 nəfərə çatıb, 20 659 nəfər isə sağalıb.

Məlumata əsasən, ötən gün ərzində virusdan 109 ölüm halı qeydə alınıb, xəstəlikdən sağalan 2 393 nəfər isə evə buraxılıb. 

Ümumilikdə isə Çində koronavirusa yoluxanların sayı 75 891 nəfərdir.