ONN İnformasiya Agentliyi

Çində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artdı

Çində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artdı
23 Yanvar 2024 - 19:48

Çinin cənub-qərbindəki Yunnan əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin və cəsədləri dağıntılar altından xilasedicilər tərəfindən çıxarılanların sayı 31-ə çatıb.

10-dan çox itkin düşmüş şəxsin axtarışları davam edir. Əməliyyatda mindən çox insan, 80-ə yaxın xilasedici it, 150 ​​texnika – ekskavatorlar, buldozerlər və yük maşınları iştirak edir.

Çin prezidenti Si Cinpin Yunnanda sürüşmə yerində axtarış-xilasetmə əməliyyatlarının aparılması üçün maksimum səy göstərməyi əmr edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png