Çindən Qüds Zirvəsinə dəstək gəldi

İslam ölkələrinin Qüds barədə narahatlığını anlayışla qarşılayırıq.

ONN media xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kanq İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüdslə bağlı fövqəladə iclası barədə danışarkən söyləyib. O, ölkəsinin Qüds məsələsinin həllində 1967-ci ildə müəyyənləşdirilmiş sərhədlərə görə, paytaxtı Şərqi Qüds olan suveren Fələstin dövlətini dəstəklədiyini bildirib.

Sözçü eyni zamanda İsrail və Fələstin arasında müzakirələrin ən qısa zamanda başlayacağına inandığını deyib.

Qeyd edək ki, ötən gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüdslə bağlı fövqəladə iclası keçirilib. İclasda İƏT ölkələri Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınması barədə birgə bəyanat yayıb.