ONN İnformasiya Agentliyi

Çində yeni “Böyük sədd” inşa ediləcək

Çində yeni “Böyük sədd” inşa ediləcək
24 Yanvar 2018 - 8:38

Çinin Sincan (Sintszyan) Uyğur Muxtar Bölgəsində yeni “Böyük sədd” inşa ediləcək. ONN media-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bölgənin rəhbəri Şokrat Zakir bildirib.   

Dövlət sərhədinin 5,7 min km hissəsində təhlükəsizliyin gücləndirilməsi ideyasını  Şokrat Zakir ekstremizm, separatçılıq və terrorçuluğun xaricdən ölkəyə “idxalı”nın qarşısını almaqla əlaqələndirib.

“Biz çalışacağıq ki, əsas sahələrin sosial müdafiəsi və təhlükəsizliyinin təmin olunmasında boşluqlar tam aradan qaldırılsın”, – deyə Şokrat Zakir Urumçidə keçirilən 13-cü Regional xalq konqresinin sessiyasında çıxışı zamanı bildirib.   

Ş.Zakir həmçinin təhlükəsizlik məqsədi ilə internet üzərində nəzarətin gücləndiriləcəyini bildirib.  

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png