ONN İnformasiya Agentliyi

Çindən peyvəndlə bağlı ŞAD XƏBƏR

Çindən peyvəndlə bağlı ŞAD XƏBƏR
30 Dekabr 2020 - 14:29

Çinin “Sinopharm” şirkətinin hazırladığı COVID-19 peyvəndi 79,3% effektivdir.

ONN media xəbər verir ki, bu barədə “Sinopharm”ın Pekin Bioloji Məhsullar İnstitutunun internet saytında açıqlama dərc olunub.

Bildirilib ki, peyvəndin 3-cü mərhələ sınaqları başa çatdıqdan sonra dövlət qeydiyyatı üçün müraciət edilib.

Qeyd edək ki, şirkət ilk dəfədir sınaqların son mərhələsi ilə bağlı rəsmi açıqlama verir.

Bu peyvənd Qərbdə hazırlananlar kimi 2 doza formasında qəbul edilir.

Bu arada, “Beijing Youth News” qəzeti Çinin “Sinovac” şirkətinin Pekində ildə 1 milyard ədəd peyvənd istehsal etmək potensialına malik mərkəz inşa edəcəyini yazıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png