Çinlilər Rusiyaya niyə axın edir?

Yanvar-fevral aylarında Çin vətəndaşlarının Rusiya vizası üçün müraciətlərinin sayı 2022-ci ilin eyni dövrü müqayisədə 7 dəfə çox olub və nəticədə çinlilər kütləvi şəkildə Rusiyaya axışıblar.

ONN media xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Qeyd olunur ki, viza müraciətlərinin həcmində nəzərəçarpacaq artım COVID-19-a qarşı giriş məhdudiyyətlərinin ləğvi ilə bağlıdır. Hazırda Rusiyanın Şenyandakı Baş Konsulluğu gündə 1000-ə qədər vizanın verilməsinə başlayıb.

Turist vizaları hələ də verilmiş giriş sənədlərinin ümumi sayının kiçik faizini təşkil edir. “İndi çinli dostlar ölkəmizə əsasən iş məqsədi ilə gəlirlər”, – diplomat bildirib.

Rusiya tərəfi Rusiya ilə Çin arasında qrup vizasız gediş-gəlişin bərpası üçün zəruri olan işləri başa çatdırıb. Eyni zamanda, ÇXR hakimiyyəti də hazırlıq işlərini yekunlaşdırır, lakin bu cür turların bərpasının mümkün vaxtı ilə bağlı hələlik dəqiq cavab verməyiblər