Conson Makronla görüş zamanı etdiyi bu hərəkətinə görə kəskin TƏNQİD EDİLDİ – FOTO

Böyük Britaniya Baş naziri Boris Conson Fransa Prezidenti Emmanuel Makronla Parisdəki Yelisey sarayında keçirilən görüş zamanı ayağını masanın üstünə qoyub.

ONN media xəbər verir ki, bu barədə “Biznes İnsayder” nəşri məlumat yayıb.

Sosial şəbəkələrdə Consonun bu yersiz hərəkəti kəskin tənqid olunub. Britaniyalı baş nazirin bioqrafı Sonya Pernell onun bu hərəkətini kobud və biabırçı adlandırıb.