“Cumali”nin yeni sevgilisi kimdir?

“Çukur” serialında “Cumali” obrazını canlandıran Nəcip Məmilli yeni münasibətə başlayıb.

ONN media xəbər verir ki, o, bir müddətdir zinət əşyaları və saat dizayneri olan Didəm Dayıcıoğlu ilə eşq yaşayır.

Didemlə şəklini sosial şəbəkədə paylaşan aktyor, onunla sevgili olduğunu hər kəsə elan edib.

Nəcip yayımladığı şəklə “Eşq” qeydini yazıb.

Qeyd edək ki, N.Məmilli 2020-ci ili sevgilisi ilə Romada qarşılayıb.