Dəhşətli olay- Çimərlikdə cəsədlər tapıldı

Türkiyədə son bir həftə ərzində çimərliklərdə tapılan cəsədlərin sayı doqquza çatıb. 

Bazar ertəsi Antalyada iki, Muğlada bir cəsəd tapılıb. 

Xatırladaq ki, təkcə son beş gündə Antalya çimərliklərində altı nəfərin meyiti tapılıb. Yerli hakimiyyət rəsmiləri ölənlərin qayığı qəzaya uğrayan suriyalı qaçqınlar olduğunu güman edirlər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.