ONN İnformasiya Agentliyi

DƏHŞƏTLİ QƏTL: Qonuşularını öldürüb ürəklərini ailəsinə yedirtdi

DƏHŞƏTLİ QƏTL: Qonuşularını öldürüb ürəklərini ailəsinə yedirtdi
24 Fevral 2021 - 22:12

ABŞ-ın Oklahoma əyalətinə bağlı Çikaşa şəhərində dəhşətli qətl hadisəsi baş verib.

ONN media  xəbər verir ki, 42 yaşlı şəhər sakini Lavrens Paul Anderson 3 nəfəri öldürməkdə təqsirli bilinir.

Məlumata görə, Anderson 9 fevral tarixində 3 qonşusunu öldürüb. Digər birinin isə hər iki gözünə bıçaqla xəsarət yetirib.

42 yaşlı cinayətkar məhkəmə qarşısına çıxdığı zaman törətdiyi cinayət əməllərini etiraf edib.

O deyib ki, hər 3 şəxsi öldürməklə kifayətlənməyib. Bu azmış kimi hər üçünün cəsədini parçalayaraq ürəklərini çıxarıb.

“Ürəkləri kartofla bişirərək, iblisləri sərbəst buraxmaq üçün ailəmə yedirtdim”, – Andersonun ifadəsində deyilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png