DƏHŞƏTLİ STATİSTİKA: Qəzza əhalisinin 1%-i öldürülüb

Qəzza zolağında son 3 aydır ki, hər saatda 11 fələstinli öldürülür.

ONN media xəbər verir ki, bu barədə Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur deyib.

O bildirib ki, bu zaman kəsiyində Qəzzada fələstinli əhalinin 1 faizi öldürülüb:

“Bunu ABŞ əhalisi ilə müqayisə etdikdə nə demək olduğunu anlayın. Bu, 3 milyon amerikalı deməkdir”.

Diplomat həmçinin Qəzza əhalisinin 3 faizinin də yaralı olduğunu qeyd edib.