ONN İnformasiya Agentliyi

Dəmiryol vağzalına olunan hücumla bağlı RƏSMİ AÇIQLAMA

Dəmiryol vağzalına olunan hücumla bağlı RƏSMİ AÇIQLAMA
03 Fevral 2024 - 15:20

Parisdə (Fransa) dəmiryol vağzalında silahlı hücumun bəzi təfərrüatı məlum olub.

Polisin verdiyi məlumata görə, saat 07:45-də (Bakı vaxtı ilə 10:45 – red.) Lion stansiyasında sərnişinlərə hücum edən şəxs Malidən olan evsiz afrikalıdır. O, bıçaq və çəkiclə silahlı olub. Hücumçu üç nəfəri yaralayıb. Xəsarət alanlardan birinin vəziyyəti ağır olsa da həyatının təhlükədə olmadığı deyilir.

Ruhi xəstəlik əlamətləri olan 32 yaşlı kişi stansiyanın mühafizəçiləri tərəfindən ram edilib və polisə təhvil verilib. Onun üzərində tapılan yeganə sənəd İtaliyada verilmiş sürücülük vəsiqəsi olub.

Cinayətin motivləri hələlik məlum deyil, terror aktı versiyası hazırda nəzərdən keçirilmir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png