ONN İnformasiya Agentliyi

DƏHŞƏTLİ QƏZA: Yük maşını qatarla toqquşdu

DƏHŞƏTLİ QƏZA: Yük maşını qatarla toqquşdu
23 Yanvar 2018 - 21:48

Almaniyanın Şonqau şəhərində yük maşınının qatarla toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

ONN media "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.

Məlumata görə, qəza bu gün səhər baş verib. Yük maşınının sürücüsü işıqforun qadağanedici siqnalına məhəl qoymayaraq dəmir yoluna çıxıb. Hadisə nəticəsində o, ağır xəsarətlər alıb.

Vaylxayma gedən qatarda 44 sərnişin olub. Onlardan 5 nəfəri və maşinist yüngül xəsarət alıb. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png