ONN İnformasiya Agentliyi

Daha bir erməni nazir Qarabağa qanunsuz səfər edəcək

Daha bir erməni nazir Qarabağa qanunsuz səfər edəcək
27 Yanvar 2021 - 12:21

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan Qarabağa gedəcək.

ONN media   xəbər verir ki, qanunsuz səfər barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bu, Arşakyanın informasiya və kommunikasiya texnologiyaları sahəsindəki İşəgötürənlər Birliyinin sədri Armen Baldryan və təşkilatın icraçı direktoru Eduard Musaelyan ilə görüşü zamanı açıqlanıb.

Nazirin yaxın vaxtlarda “informasiya texnologiyaları sahəsinin inkişaf imkanlarını müzakirə etmək üçün” Qarabağa getmək niyyətində olduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Qarabağa qanunsuz səfər etmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png