Daha bir ölkə ruslara qapısını bağlayır

Polşada Şengen vizası olan Rusiya vətəndaşlarının hava və dəniz limanları vasitəsilə ölkəyə girişinə məhdudiyyətlər işə salınıb.

İndi bu Avropa ölkəsinə daxil olmaq üçün heç bir əsası olmayan rusiyalını göyərtəsinə götürən dəniz və hava daşıyıcıları onu öz hesablarına geri göndərməli olacaqlar.

Bu tədbirlər əvvəllər avtomobil və piyada keçid məntəqələrində tətbiq edilib.