ONN İnformasiya Agentliyi

Daha bir ölkədə güclü zəlzələ oldu

Daha bir ölkədə güclü zəlzələ oldu
22 Mart 2024 - 9:53

Özbəkistanın paytaxtı Daşkənddə və bu ölkənin bir sıra digər regionlarında zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozlaşdırma Monitorinqi Respublika Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 5,4 ballıq zəlzələnin episentri Tacikistanda olub:

“Zəlzələnin ocağı Daşkənddən 313 km cənub-şərqdə hiss olunub”.

Mərkəzin məlumatına görə, yeraltı təkanlar Daşkənd və Sırdərya vilayətində 2 bal, Əndican və Namanqan vilayətlərində 2-3 bal, Fərqanə vilayətində 3 bal gücündə hiss olunub.

İtki və tələfat barədə məlumat verilməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png