ONN İnformasiya Agentliyi

Daha bir ölkədə zəlzələ oldu

Daha bir ölkədə zəlzələ oldu
03 Mart 2024 - 10:22

Bazar günü Monqolustanın qərbində, Rusiya ilə sərhəddən təxminən 340 kilometr aralıda 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Əməliyyat məlumatlarına əsasən, zəlzələnin episentri Çuluut kəndindən təqribən 26 kilometr cənub-şərqdə və Baykal rift zonasının cənub-qərbindəki Xubsuqul gölündən təxminən 336 kilometr cənubda yerləşib.

Episentrdə zəlzələnin intensivliyi MSK-64 şkalası üzrə 7,6 bal olub.

Alimlərin fikrincə, Avrasiya və Amur tektonik plitələrinin ayrıldığı Baykal rift zonasının uzunluğu təxminən 2 min kilometrdir. Onun mərkəzi hissəsində Baykal gölü, cənub-qərbdə – Xubsuqul gölü (Monqolustan), şimal-şərqdə – Baykal-Amur magistral xəttinin (BAM) keçdiyi dağlıq bölgə var

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png