Danimarkada Türkiyə bayrağına yenidən hücum edildi

Danimarkada islamofob və ultramillətçi “Patrioterne Gar Live” adlı qrupun üzvlərindən biri Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında yenidən Türkiyə bayrağı və Qurani-Kərimə hücum edib.

ONN media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata əsasən, İslam əleyhinə pankartlar açan, təhqiredici şüarlar səsləndirən, Türkiyə bayrağına hörmətsizliklə edən həmin şəxs bu anları Tvitter hesabında canlı olaraq paylaşıb.

Türkiyədə prezident və 28-ci parlament seçkiləri çərçivəsində ötən gün Danimarkada səsvermə prosesi başlayarkən, səs vermək üçün səfirliyə gələn türk seçicilər bu təxribata sərt reaksiya verib.

Türkiyə vətəndaşlarından biri ölkəsinin bayrağını yerdən qaldırarkən Danimarka polisinin müdaxiləsi ilə qarşılaşıb. Belə ki, polis Türkiyə vətəndaşlarına “təxribata qarışmamaq” xəbərdarlığı edərkən, qrup üzvü təxribatına davam edib.

Baş verən hadisədən sonra Türkiyənin xəbərdarlıqları və gözləntiləri Danimarkanın aidiyyəti qurumlarına çatdırılıb.