“Daşnaksütyun bizi BTC-də, Köçəryan isə BTQ-də aldatdı”

Bakı-Tiflis-Qars kimi beynəlxalq layihə yenə bizim ölkədən kənar keçdi.
ONN media xəbər verir ki, bu barədə yazı Ermənistanın “168 Jam” qəzetində dərc edilib.
“Bakı-Tiflis-Qars kimi beynəlxalq layihə yenə bizim ölkədən kənar keçdi. Eyni şəkildə Bakı-Tiflis-Ceyhan neft kəməri tikilmişdi. Hər iki halda bizim siyasi qüvvələr bu layihələrdən kənarda qalmaq üçün sərf etdikləri gücə heyfsilənmədilər. Məsələn, Bakı-Ceyhan neft kəmərinə qoşulmamağı Daşnaksütyun öz qələbəsi sayırdı. 1990-cı illərdə bu partiyanın rəsmi orqanları bu neft kəmərinə qoşulmamaq üçün arqumentlər səsləndirirdilər. Dəmiryolundan uzaq qalmağımızda isə Ermənistan Prezidenti Robert Köçəryan mühüm rol oynadı. 2004-cü ildə İrəvan Dövlət Universitetinin tələbələri ilə görüşdə Köçəryan hər kəsi əmin edirdi ki, ABŞ bu layihəyə qarşıdır və onun tikintisinə izn verməyəcək. Bu, həm də keçmiş xarici işlər naziri Vardan Oskanyanın blokada şəraitində yaxın 100 ildə necə inkişaf etməklə bağlı möhtəşəm çıxışlar səsləndirdiyi dövrlər idi”, – deyə məqalədə bildirilib.(Axar.az)