“Davamlı sülh axtarışı üçün tərəfdaşlarımızla işləməyə davam edəcəyik” – Aİ rəsmisi

“Biz Ermənistan və Azərbaycanla birlikdə olmağa, davamlı sülh axtarışı üçün tərəfdaşlarımızla işləməyə davam edəcəyik”.

ONN media xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviterdə yazıb.

O, ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında davam edən dörd günlük danışıqları alqışlayıb:

“Tərəqqi yalnız dialoq yolu ilə əldə edilə bilər”.