Davos forumu bu gün başladı

ONN media xəbər verir ki, yanvarın 26-na kimi davam edəcək İsveçrənin Davos şəhərində ənənəvi Dünya İqtisadi forumu bu gün başlayır.

48-ci dəfə keçirilən növbəti Davos forumu bu dəfə "Parçalanmış dünyada birgə gələcəyin yaradılması" adı altında baş tutacaq.

Azərbaycan prezidenti İlham Əliyev foruma qatılacaq. Onun "Strateji perspektivlər: Avrasiya" panelindəki müzakirələrdə çıxışı nəzərdə tutulub.