ONN İnformasiya Agentliyi

Demet Akalın həmkarının borclarını ödəyəcək

Demet Akalın həmkarının borclarını ödəyəcək
26 Fevral 2021 - 23:49

Bir neçə gün öncə evi yanan, daha sonra borclarına görə ev əşyaları təxliyyə olunan türkiyəli müğənni Çılqın Sedata həmkarları dəstək olub.

ONN media  xəbər verir ki, müğənni Demet Akalın ifaçının borclarını ödəyəcəyini deyib:

“Mənim də əşyalarım təxliyyə olunanda iki oturacağım qalmışdı. Yanımda cəmi iki dostum var idi. O vəziyyətin nə olduğunu mən çox yaxşı bilirəm. Borclarını mən ödəyəcəyəm. Alişan ilə ev əşyalarını da alacağıq. Pandemiya vaxtında belə şeylər ayıb deyil”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png