Dima Bilan evlilik haqda – “Heç vaxt…”

Rusiyalı müğənni Dima Bilan evlilik haqda danışıb.

ONN media xəbər verir ki, ifaçı heç vaxt evlənməyəcəyini bildirib. “Bu söhbət mənim üçün artıq bağlanıb. Heç vaxt evli olmamışam, əsla da evlənməyəcəm” deyə, o bildirib.

Bununla yanaşı, sənətçi sevgilisi olduğunu və onun qəlbini fəth etdiyini deyib. Adını açıqlamadığı xanımı çox sevdiyini deyən müğənni evlənməyin sadəcə kağız üzərində olduğunu və buna lüzum görmədiyini dilə gətirib.